http://xeberle.com/news.php?id=1931
Bir həftədən çoxdur ki, futbol üzrə Dünya Çempionatının seçmə oyunlarının növbəti turu qurtarıb, amma mən indiyə kimi sakitləşə bilmirəm. Yadınızdadırsa, ötən il Avropa çempionatının seçmə mərhələsi oyunlarında ermənilər az qaldılar ki, Avro-2012-nin final mərhələsinə çıxsınlar. Bizimkilərin də sözü o oldu ki, "...qrupları zəif idi...". Yaxşı, onu unutduq... Bəs bu seçmə mərhələsində nətərdir vəziyyət..?
Bizimkilər bu günlərdə Dünya çempionatı-2014-ün seçmə mərhələsinin növbəti oyununda Lüksemburqla evdə 1-1 edir, lüksemburqlular da deyir ki, biz 2 xal itirdik Bakıda... Oyunçularımız isə həmişəki kimi, təəssüflənirlər ki "oyunumuz getmədi".
Artıq bilmirəm ki, nə düşünüm, necə düşünüm... Ya bunların yaddaşında bir problem var, ya da ki bizi dəli hesab edirlər; "Getməyən oyun" haqqında nağılı biz artıq 15 ildən çoxdur ki eşidirik.
Bu günlərdə isə Avropanın şimalında Ermənistan yığması Avropa çempionu Danimarka yığmasını elə onun evindəcə 4:0 hesabıyla darmadağın edir. Qolları vuranlardan biri Mxitaryan - Ukrayna çempionatının bombardiri, o birisi isə Movsisyan - Bakıda doğulan və Rusiya çempionatının bombardiri; məncə, hər şey aydındır...
Əslində, mən çox sevinərəm əgər ermənilər Avropa çempionatı, ya da ki Dünya çempionatının final mərhələsinə çıxsalar. Bilirsiniz niyə?!
Yadınızdadırsa, ermənilər Avroviziyaya çıxanda biz necə təlaşa düşdük: "Necə yəni, onlar oxuya bilir, biz yox?! Qoy o əjdahadan bizdə də olsun!"
Burda da belə! Bəlkə bundan sonra AFFA-dakılar ağıllarını başlarına, əllərini də ciblərinə salıb futbolumuz üçün ciddi, xeyirli bir iş görələr.
“Getməyən oyun” haqda nağılı 15 ildir eşidirik - KÖŞƏ

Bu yaxınlarda ağlıma bir fikir gəldi. Təsəvvür edin ki, sabah bizim milli yığmanı ləğv eləsələr, ən azı alman məşqçimiz Foqtsa verilən pullar bizə qalar və o pulları bu cür istifadə etmək olar:
Yığırsan 4-5 yaş arası futbola potensialı olan 22 nəfər (ehtiyat oyunçularla birgə) oğlan uşaqlarını, göndərirsən Avropanın ən yaxşı futbol məktəblərinə, lap elə ailələri də bunlarla getsinlər. İnanın mənə, 10 ildən sonra artıq 15 yaşlı gənc futbolçular bizim ölkə üçün daha çox xeyir gətirərlər, nəinki bu 20 il ərzində bizim milli yığma. Bir sözlə, belə olan halda ölkə futboluna daha çox xeyir gələr.
Biz gərək insanların həyat fəlsəfəsini dəyişdirək: “Alındı - universitet, alınmadı - idman" olmamalıdır. Qoy uşaq artıq uşaq yaşlarından öz seçimini etsin. Bəlkə də, bundan sonra biz doğrudan da İDMAN ÖLKƏSİ adını qazanarıq.

Ramin Namazlı, “Xəbərlə” xəbər portalı
Комментариев нет:
Отправить комментарий