четверг, 19 сентября 2013 г.

Məhəmmədhüseyn Şəhriyar (1906 – 18 sentyabr 1988)


Bir gün ağız qalır boş, bir gün dolu dad olur.
Gün var ki, heşzad olmaz, gün var ki hər zad olur.
Bəxtin dura baxarsan, yadlar qohum qardaşdı.
Amma bəxtin yatanda, qohum qardaş yad olur.
Çalış adın gələndə, rəhmət oxunsun sənə.
Dünyada səndən qalan, axırda bir ad olur.
Gördün işin əyildi durma, əkil,gözdən it.
Dostun görər darıxar, düşmən görər şad olar!

Комментариев нет:

Отправить комментарий